Şükufə Yusupovanın xəsarət aldığı qəzanın təfərrüatı məlum oldu

0
1787398521_1787392973_sukufe

Xalq artisti Şükufə Yusupovanın keçirdiyi ağıl yol qəzasının bəzi təfərrüatları məlum olub.

Hadisə ötən gün saat 18.00-da paytaxtın Səbail rayonunda yerləşən Həsən Seyidbəyli küçəsi “İçərişəhər” metrostansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, Hüseynli Həsən Qorxmaz oğlunun idarə etdiyi 77-UD-238 dövlət qeydiyyat nişanlı “Nissan Note” markalı avtomobil yolu keçən 1954-cü il təvəllüdlü Şükufə Mühəddin qızı Yusupovanı vurub.

Hadisə nəticəsində Xalq artisti müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir