Bu ilin ən yaşlı tələbəsi: Məni ən çox sevindirən nəvələrimin təbriki oldu

0
1787732827_screenshot_7

Bu il ali təhsil müəssisəsinə qəbul olan ən yaşlı tələbə Elbrus Hüseynov onu ən çox sevindirən anın nəvələrinin təbriki olduğunu bildirib.

58 yaşlı E.Hüseynov subbakalavr (kollec məzunu) kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kommunikasiya sistemləri mühəndisliyinə qəbul olunduğunu qeyd edib.

İki il əvvəl mühəndislik ixtisası üzrə kolleci bitirən Elbrus Hüseynov bu il uşaqlıq arzusunu yerinə yetirərək universitetə sənəd verib:

“Uşaqlıq arzum idi ki, ali təhsil də alım. Şükür Allaha arzum çin oldu və tələbə adını qazandım. Çəkilən zəhmət yerdə qalmır, əziyyət çəkmək lazımdır”.

O əlavə edib ki, Bakıda mühəndis işləyib və artıq ərizəsini yazaraq işdən çıxıb.

“Ailəm imtahan nəticələrini biləndə çox sevindi. Bir oğlum, 3 nəvəm var. Məni ən çox sevindirən an nəvələrimin təbriki oldu. Oğlum da ali təhsillidir. Hər zaman mənə dəstək olacaqlarını bildirirdilər. Universiteti bitirdikdən sonra işimi davam etdirməyi düşünürəm”, – bu ilin ən yaşlı tələbəsi statusunu qazanan E.Hüseynov əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir