Ermənistanda dəhşətli qəza – 5 ölü, 11 yaralı

0
1788365218_ermenistan

Ermənistanın Araqatsotn vilayətində baş verən dəhşətli yol-qəzası nəticəsində 5 nəfər həlak olub, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Ermənistan DİN-in Xilasetmə Xidməti məlumat yayıb.

Nazirliyin məlumatına görə, faciə İrəvandan Gümrüyə gedən yolda qeydə alınıb. Belə ki, hərəkətdə olan PAZ markalı avtobusla “Opel Zafira” markalı minik avtomobili toqquşub. Güclü zərbənin təsirindən nəqliyyat vasitələri deformasiyaya uğrayıb.

Hadisə yerinə dərhal polis əməkdaşları və xilasedici dəstələr cəlb olunub. Xəsarət alanlar təcili yardım briqadalarının köməkliyi ilə xəstəxanalara çatdırılıblar.

Faktla bağlı Ermənistan DİN-də araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir