İran XİN sözçüsündən ABŞ-yə “Homeland” cavabı
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 1-nə aid hücumlarda Sirikdəki toy mərasiminin atəşə tutulması barədə ittihamlarla razılaşmayıb, İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai isə Amerikanın bu mövqeyinə etiraz edib.
CENTCOM Amerikanın mülki vətəndaşları hədəfə almadığını xatırladıb.
Bəqai isə ABŞ-nin keçmişi unutduğunu iddia edərək, filmdən nümunə gətirib: “Hətta ABŞ istehsalı olan “Homeland” serialının dördüncü mövsümündə Amerikanın pilotsuz uçuş aparatının Pakistanda bir toy mərasiminə hücumu təsvir edilib; təxminən 40 mülki şəxsi öldürən hücum”.
Xatırladaq ki, İran tərəfi ABŞ-nin Sirikdə toy mərasimini atəşə tutduğunu, nəticədə ölən və yaralananların olduğunu bildirib.