“Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

0
1788364381_download-1

“Uber” şirkəti idarəetmə səviyyələrinin azaldılmasına və vəsaitlərin avtomobillərin müştərək istifadəsi, çatdırılma və robotaksi biznesləri arasında yenidən bölüşdürülməsinə yönəlmiş genişmiqyaslı restrukturizasiya çərçivəsində 3 300 nəfəri işdən çıxarmağı planlaşdırır. Bu da şirkətin qlobal işçi qüvvəsinin təxminən 10%-ni təşkil edir.

Bu barədə “Bloomberg” agentliyinin əldə etdiyi şirkətdaxili elektron məktubda bildirilib.

Məlumata görə, şirkətin baş direktoru Dara Xosrovşahi elektron məktubda bu planı açıqlayıb. O, şirkətdəki menecerlərin sayının 20% azaldılacağını bildirib. Eyni zamanda onlardan bəziləri sıravi əməkdaş vəzifələrinə keçiriləcək.

İxtisarlar həmçinin rəhbər vəzifələrdə çalışmayan işçilərə də şamil ediləcək.(oxu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir