İranla imzaladıqları müqavilədən imtina etdilər

0
1788507811_b6f7c41c-48f6-4e05-92f3-72d807a7ad04-1

Oman İranla Hörmüz boğazından gəmilərin keçidi, buranın minalardan təmizlənməsi ilə bağlı imzaladığı müqavilədən imtina edib.

 İran Xarici İşlər Nazirliyi əvvəllər Hörmüz boğazından gəmiçilik üçün müvəqqəti dəhliz yaratmaq və marşrut boyunca minaları birgə təmizləmək üçün Oman tərəfi ilə işlədiyini açıqlamışdı.

Bildirilmişdi ki, hazırda bağlı olan boğazdan gəmiçilik üçün daimi dəhliz yaratmaq barədə müzakirələrin davam etdirilməsi barədə razılığa gəlib.
“New York Post” mənbəsinə istinadən yazıb ki, Maskat təhlükəsizlik və ətraf mühit xidmətləri üçün gəmilərdən pul alınmasına razılıq verməkdən imtina edib.

Məlumata görə, Oman ABŞ Prezidenti Donald Trampla qarşıdurmadan qaçmaq məqsədilə boğazda təhlükəsizlik və ətraf mühitin qorunması üçün könüllü ianələr ideyasını da qəbul etməyib.

Bundan əvvəl Tramp Omanın İranla danışıqlardakı mövqeyindən narazılığını bildirib. ABŞ nümayəndələrinin fikrincə, rəsmi Maskat Tehranla Hörmüz boğazına nəzarət məsələsində həddindən artıq güzəştlərə gedib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir