Uitkoff: Tramp Azərbaycan-Ermənistan münaqişəsini sülh modelinə çevirdi

0
1788507322_6a9a6edcd300c6a9a6edcd300d17885058206a9a6edcd300a6a9a6edcd300b

ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffun Azərbaycanla Ermənistan arasında əldə edilmiş sülh haqqında məqaləsini paylaşıb.

 ABŞ Prezidenti Uitkoffun “Washington Examiner”da dərc olunan “Tramp dondurulmuş münaqişəni sülh modelinə necə çevirdi” başlıqlı məqaləsini “Truth Social” hesabında paylaşıb.

Uitkoff məqaləsində Azərbaycan və Ermənistan arasında onilliklər boyu davam edən şiddətli münaqişənin Prezident Donald Trampın hakimiyyətə qayıtmasından sonra başa çatdığını bildirib.

O, Vaşinqton Bəyannaməsinin imzalanmasından bir il keçdiyini xatırladıb.

Uitkoff əlavə edib ki, bu, həqiqətən əlamətdar bir nailiyyətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir