Hövsanda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi – ANBAAN VİDEO

0
1788603975_1788601492_5251302044780404925

Bakıda naməlum qadının maşına çoxsaylı zərbələr endirdiyinə dair görüntülər yayılıb.

Sosial şəbəkələrdə yayılan videoda qadının dəmir alətlə avtomobilə dəfələrlə zərbə endirdiyi görünür.

Hadisənin paytaxtın Hövsan qəsəbəsində baş verdiyi bildirilir. İddia olunur ki, qadın ərinin xəyanətindən xəbər tutub və qisas almaq üçün onun maşınına hücum edib.

Videoda qadının yaxınlıqdakı binaya tərəf dönərək “Elə bilirsən, evdə ağlayacağam? Onu görməyəcəksən”, – dediyi eşidilir.

Ardınca o, öz avtomobilinə əyləşərək həmin avtomobilə yenidən zərbə endirib. Məlumata görə, görüntülərdəki qadın polis şöbəsinə dəvət olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.(bakupost.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir