Sürücülərə ŞAD XƏBƏR: Bakıda yollara tətbiq olunan məhdudiyyət aradan qaldırıldı

0
1788608672_ekran-sekli-2026-09-05-154257

Sentyabrın 5-də Bakıda keçirilən “Alufar IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı ilə əlaqədar tətbiq olunan nəqliyyat məhdudiyyətləri nəzərdə tutulduğundan daha əvvəl aradan qaldırılıb.

Şəhərin bəzi küçə və prospektlərində tətbiq olunan məhdudiyyətlər götürülüb və yollar sürücülərin istifadəsinə verilib.

Qeyd edək ki, yarışın təhlükəsiz və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə sentyabrın 4-dən etibarən nəqliyyatın hərəkətinə mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq edilmişdi. Əvvəlcədən müəyyən edilmiş qrafikə əsasən, məhdudiyyətlərin sentyabrın 5-də saat 16:00-dək davam etdirilməsi nəzərdə tutulurdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir