Roma Papası Ukrayna üzrə danışıqlara xeyir-dua verdi

0
1788698288_6a9d583fc6ac46a9d583fc6ac517886966396a9d583fc6ac26a9d583fc6ac3

Roma Papası XIV Leo Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı dialoqun qurulması istiqamətində yeni cəhdlərin uğurlu olmasını arzulayıb.

 Roma Papası bu barədə bu gün ənənəvi bazar günü dini mərasimində bildirib.

“Ümid edirəm ki, bu günlərdə danışıqların bərpası üçün göstərilən səylər konkret nəticələr verəcək və diplomatiya üçün imkanlar açacaq. Gəlin Rəbbə dua edək ki, dünyanın bütün münaqişələrində razılıq üstün gəlsin”, -deyə XIV Leo qeyd edib.

Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin Kremldə danışıqlar aparan ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner bu gün Kiyevə səfər edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir