Ronaldu rəqib futbolçuya ötürülən qeydə gizlicə baxarkən görüntülənib – VİDEO

0
1788699043_screenshot_3

“Ən-Nəsr”in hücumçusu və kapitanı Kriştianu Ronaldu “Əl-İttihad”ın müdafiəçisi Danilu Pereyranın arxasında dayanaraq məşqçinin ona ötürdüyü qeydə baxmağa çalışıb.

Həmyerlisi Ronaldunu gördükdə buna təbəssümlə reaksiya verib.

Komandalar arasında keçirilən qarşılaşma “Əl-İttihad”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Səudiyyə Ərəbistanı çempionatında beş turdan sonra 12 xal toplayan “Ən-Nəsr” ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə 15 xalla “Əl-Hilal” başçılıq edir.

Cari mövsümdə Ronaldu Pro Liqada dörd oyunda iştirak edib və iki qolla yadda qalıb.

Futbolçunun klubla qüvvədə olan müqaviləsi 2027-ci ilin yayına qədərdir.(oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir