Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü – VİDEO – YENİLƏNDİ

0
1788904716_1630931903_608

Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub.

Bunlar minik avtomobilinin sürücüsü 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimovadır.

1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.

***

01.56

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ölkə.az APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb.

Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində azı 5 nəfər yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir