Bu ölkədə 55 ayı məhv edildi

0
1788931667_owl_detail_240_17d11b4dafbbd524ac9f916494c4bb65
Rusiyanın Altay Respublikasında turist qadına ayının hücum etməsindən sonra 55 ayı məhv edilib.

Bu barədə regional hökumətin “Max” kanalı məlumat yayıb.

Bildirilib ki, avqust ayında Altayda ayıların yaşayış məntəqələrinə yaxınlaşması halları çoxaldığından hakimiyyət orqanları verilən ov icazələrinin sayını artırıb. Açıqlamada qeyd olunub ki, indiyədək 55 ayı məhv edilib. Altay Respublikası ərazisində qonur ayıların ümumi sayı 4,6 mindən çoxdur.

Bundan başqa, Onguday və Turoçak rayonlarında yüksək hazırlıq rejimi elan olunub. Turoçak rayonunda saat 20:00-dan 10:00-dək komendant saatı tətbiq edilir. Regional Təbii Sərvətlər Nazirliyi tərəfindən ayı ovuna 157 lisenziya verilib.

Hakimiyyət yerli sakinləri və turistləri ehtiyatlı olmağa, həmçinin meşələrə getməkdən çəkinməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir