Hikmət Hacıyev həmin kitabı vərəqləyərək erməni saxtakarlığını ifşa etdi – VİDEO

0
1789210722_screenshot_274

Xəbər verdiyimiz kimi, diplomatik korpusun nümayəndələri Qarabağa səfərlərinin ikinci günündə Azərbaycaycanın Ağdərə rayonunda yerləşən erməni vandalizminə məruz qalmış, Qafqaz Albaniyasının dini və mədəni mərkəzlərindən biri Gəncəsər Monastır Kompleksinə baxış keçiriblər.

 Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğal müddətində monastırda ermənilərin qədim kitablarının sərgisi kimi təqdim olunan kitabların saxta olduğunu nümayiş edib.

H.Hacıyev kitablarda sadəcə bir səhifədə mətn və rəsm olduğunu, digər səhifələrin boş olduğunu göstərib.

Həmin görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir