“Barselona” ən çox maaş verəcəyi futbolçusunu seçdi – FOTO

0
1789398015_screenshot_2

“Barselona” braziliyalı futbolçusu Rafinyanın müqaviləsini uzatmağa hazırlaşır.

 “El Nacional” xəbər verir ki, Kataloniya klubunun 2028/29 mövsümünün sonuna qədər nəzərdə tutulacaq yeni müqavilə ilə bağlı danışıqlar apardığı bildirilir.

Məlumata görə, yeni sözləşməyə əsasən, Rafinyanın illik maaşı 27 milyon avroya yüksələcək. Bununla da braziliyalı hücumçu Rodri ilə birlikdə “Barselona”nın ən yüksək maaş alan futbolçusu olacaq və Lamin Yamalı geridə qoyacaq.

Qeyd edək ki, Rafinya hazırda klubdan illik 16 milyon avro qazanır.(oxu.az)

Barselona ən çox maaş verəcəyi futbolçusunu seçdi - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir