DTX-nin saxladığı “Çevik”dən yeni xəbər var – HƏBS EDİLDİ
“Çevik” ləqəbi ilə tanınan tiktoker Məcid Bağırov həbs edilib.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Məqsəd Məcid oğlu Bağırov və Kamran Ramiz oğlu Bilalov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Onlara Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham elan edilib.
Belə ki, Kamran Bilalov və Məqsəd Bağırov cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində şübhəli bilinirlər.