Sabahdan dövlət qurumlarının İŞ REJİMİ DƏYİŞİR
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd olunan qurumlarda iş vaxtı 3 müxtəlif rejimdə (08:00-17:00, 09:00-18:00 və 09:30-18:30) və hər rejim üzrə işçilərin 30 faizindən az olmaması şərtilə təşkil ediləcək.
Həmin müddətdə nəqliyyat sıxlığının aidiyyəti dövlət orqanları tərəfindən qiymətləndirilməsi aparılacaq və sınaq nəticələrinin təhlilinə əsasən iş rejimi ilə bağlı yekun təkliflər hazırlanacaq.
Qeyd edək ki, iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tapşırığa əsasən həyata keçirilir.