Zəvvarlar Kəbədə yağış altında namaz qıldılar – VİDEO
Səudiyyə Ərəbistanının Məkkə şəhərində baş verən fırtına və güclü yağış zamanı yüzlərlə müsəlman Məscidul-Haramda – Kəbənin ətrafında təvaf edərək namaz qılıb.
Xarici mətbuata xəbər verir ki, güclü yağışdan sonra küçələri və yolları su basıb.
Ölkənin Mülki Müdafiə Xidməti yazılı açıqlama yayaraq sakinləri və ziyarətçiləri əlverişsiz hava şəraiti ilə bağlı xəbərdar edib.
Hakimiyyət orqanları insanları təhlükəsizlikləri, əmlaklarının qorunması üçün təlimatlara əməl etməyə və ehtiyatlı olmağa çağırıb.
Ziyarətdə olan yüzlərlə müsəlman güclü yağışa baxmayaraq Məscidul-Haramda namazlarını qılıblar. Zəvvarlar Kəbənin ətrafında təvaf etməyə, dua etməyə və dini rituallarını yerinə yetirməyə davam edib.
Mürtəza