Xocavənd rayonunda nə qədər insan yaşayır?

0
1789912750_1001031041-1789911629730862051

Bu gün ilk dəfədir ki, Xocavənd Şəhəri Günü qeyd olunur. Bir il bundan əvvəl Xocavənd rayonuna, o cümlədən Xocavənd şəhərinə Böyük Qayıdış başlayıb. Bu proses hazırda da davamlı şəkildə həyata keçirilir.

Bunu jurnalistlərə açıqlaması zamanı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, bu günə qədər Xocavənd rayonunda 4 min 500-ə yaxın insan məskunlaşıb: “Bu, 1083 ailə deməkdir. Cəmi bir il ərzində rayonun 8 yaşayış məntəqəsinə, insanlar öz doğma, dədə-baba torpaqlarına qayıdıblar. Onlar artıq burada öz həyatlarını davam etdirir, yaşayırlar”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir