“Həmin ailələrin qovuşdurulmasında növbəti addımlar atırıq”

0
1790178924_owl_detail_620_93ecac87534d4501c1d5741ac04ec912

ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya və Ukraynadan olan uşaqların ailələri ilə yenidən birləşdirilməsi istiqamətində növbəti mərhələ üzərində işlədiyini açıqlayıb.

O bu məlumatı “Fox News” kanalına verdiyi müsahibə zamanı bölüşüb.

“Rusiya və Ukrayna ilə birbaşa əlaqə kanalımız mövcuddur. Nümayəndəm bu məsələ üzərində işləyir. Biz də ailələrin yenidən birləşdirilməsi istiqamətində növbəti addımlar atırıq”, – deyə o bildirib.

Melaniya Tramp həmçinin qeyd edib ki, ailələrin qovuşdurulması səylərində iştirak edən bütün tərəflər əməkdaşlıq şəraitində çalışır və bir-biri ilə müsbət münasibətlər saxlayır. Birinci xanımın sözlərinə görə, bu məsələ hazırda onun üçün əsas prioritetdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir