Kremlin Cənubi Qafqaz hesabı: TRIPP-də Rusiya faktoru
Bunu rusiyalı politoloq Andrey Kortunov Ermənistan-Rusiya münasibətlərinə həsr olunmuş konfransda bildirib.
Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazın nəqliyyat infrastrukturunda, o cümlədən dəmir yolu sistemində iştirak etməyə çalışır. “Çünki Rusiya Şimal-Cənub nəqliyyat dəhlizinin təşəbbüskarlarından biridir”, – o vurğulayıb.
Kortunov əlavə edib ki, bu dəhlizin qərb marşrutu birbaşa Cənubi Qafqazdan keçir, ona görə də, Rusiya üçün bu, təkcə regiondakı mövcudluğunu qorumaq deyil, həm də onu Cənubi Asiya ilə birləşdirən daha geniş tranzit maraqları məsələsidir.
Onun fikrincə, uzun müddət bağlı olan Cənubi Qafqaz xarici oyunçular üçün həqiqətən açıq hala gəlir. “Rusiya uzun müddət bölgədə ən vacib və şübhəsiz ki, ən təsirli xarici oyunçu olub. İndi bu mövqeyə etiraz etmək olar və düşünürəm ki, Moskva regionun geniş təsir dairəsinə açıq olacağını başa düşür. Lakin Rusiyanın mövqeyi ondan ibarətdir ki, regional problemlər ilk növbədə region ölkələri tərəfindən həll edilməlidir. Buna görə də, Rusiya həmişə “3+3″ formatını vurğulayıb. Lakin bu formatı praktikada tətbiq etmək çox çətindir. Rusiya bu regional prioritetlərdə və kənar xarici oyunçulara qarşı region dövlətlərinin öz rolunun vacibliyini israr etməyə davam edəcək”, – ekspert qeyd edib.