Ukraynanın dövlət borcu açıqlandı

0
1790485960_6ab89c7d02e8bd1f9e05495c

Ukraynanın dövlət borcu sentyabrın sonuna 223 milyard dollara yaxınlaşıb və bir ay ərzində təxminən 4-5 milyard dollar artıb.

Avqustun sonunda Ukraynanın dövlət borcunun 218-219 milyard dollar civarında olduğu bildirilirdi.

Ukrayna Maliyyə Nazirliyinin hesablamalarına görə, dövlət borcunun 2026-cı ilin sonuna qədər təxminən 240 milyard dollara, 2027-ci ilin sonuna isə ən azı 290 milyard dollara yüksələcəyi gözlənilir.

Bu hesablamalara əsasən, 2026-cı ilin sonunda Ukraynada hər nəfərə düşən dövlət borcu təxminən 8,5 min dollar, 2027-ci ilin sonunda isə 10,4 min dollar təşkil edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir