Qaradağın yeni icra başçısı KİMDİR?
Xəbər verdiyimiz kimi Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Prezident İlham Əliyev sentyabrın 28-də bununla bağlı Sərəncam imzalayıb.
N.Əliyev son təyinata qədər Prezident Administrasiyasında işləyib.
O, administrasiyanın Ərazi-təşkilat məsələləri şöbəsinin Bakı şəhəri ilə iş sektorunun müdiri olub.
Məlumat görə, N.Əliyev uzun illərdir Prezident Administrasiyasında çalışır.