Rusiya və Ukrayna yeni danışıqlar aparacaq – Bloomberg

0
1790872026_hhynoo6nvq4cfgna9egb9eoc3qyirc7fh1bcbv5w_1200

Türkiyə ilə BMT oktyabrın əvvəlində Qara dənizdə Rusiya və Ukrayna arasında atəşkəs məsələsi üzrə yeni danışıqlar raundu təşkil edə bilər.

Bu barədə “Bloomberg” adı açıqlanmayan yüksəkvəzifəli diplomata istinadən məlumat yayıb.

Onun sözlərinə görə, danışıqlarda vasitəçi qismində İsveçrənin “Center for Humanitarian Dialogue” QHT-nin nümayəndələri çıxış edəcəklər. Qeyd olunub ki, sentyabr ayında bir sıra ölkələrin dəstəyi ilə başlanmış təşəbbüs Qara dəniz vasitəsilə gəmiçiliyin və taxıl daşımalarının təhlükəsizliyinin təmin edilməsi üzrə səylərin əlaqələndirilməsinə yönəlib.

Tərəflərin münaqişə iştirakçıları arasında məhdud çərçivəli razılaşmanın əldə olunması imkanını müzakirə edəcəyi gözlənilir. Bu razılaşma kommersiya məqsədli gəmiçiliyin sərbəstliyini, həmçinin liman və enerji infrastrukturunun qorunmasını nəzərdə tutur.

Sentyabrın sonunda BMT Baş Assambleyası çərçivəsində Türkiyə, ABŞ, Avropa ölkələri, Hindistan və Misirin iştirakı ilə keçirilmiş qapalı görüş yuxarıda adıçəkilən diplomatik təşəbbüsün əsasını qoyub.

Qarşıdan gələn danışıqlarda ərzaq qiymətlərinin artımından ən çox zərər çəkmiş ölkələrin maraqları nəzərə alınacaq. Rusiya və Ukrayna dünya buğda tədarükünün dörddə birindən çoxunu təmin edir, Qara dənizdə liman infrastrukturuna hücumların güclənməsi isə ərzaq ixracının gələcəyi ilə bağlı narahatlıq yaradır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir