Gəncədə 28 yaşlı kişi bıçaqlandı

0
1791093868_download-4

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhər ərazisində qeydə alınıb.

Goranboy rayon sakini, 1998-ci il təvəllüdlü T.Məmmədov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, T.Məmmədov tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir