Husilər Səudiyyə Ərəbistanını yenidən vurdu

0
1791092596_866964

Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Saudi Aramco” şirkətinə məxsus obyektə zərbələr endirdiklərini bildiriblər.

Bu barədə husilərin silahlı qüvvələrinin rəsmi nümayəndəsi Yəhya Səriə məlumat yayıb.

Onun sözlərinə görə, Yəmən silahlı qüvvələri Ər-Riyaddakı “Aramco” obyektinə bir neçə ballistik raket və pilotsuz uçuş aparatı ilə zərbələr endirib.

Səriə əməliyyatın uğurla həyata keçirildiyini və zərbələr nəticəsində obyektin bir neçə hissəsində yanğınların baş verdiyini iddia edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir