Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosuna çağırdı

0
1791091467_17910825294362045029_1200x630

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin Kaliforniyanın 11-ci konqres dairəsində öz xələfi kimi dəstəklədiyi amerikalı demokrat Konni Çan (Connie Chan) İsrail hökumətinə qarşı tam silah embarqosu qoyulması ilə bağlı çağırış edib.

 Çan Konqresdəki ilk günündə Qəzzada baş verənlərə və aparteid dövlətinə son qoyulması üçün səs verəcək.

Noyabrda keçiriləcək aralıq seçkilərində Konqresə nəzarəti ələ keçirmək üçün mübarizə aparan hər iki partiya üçün Nümayəndələr Palatasının bütün 435 yeri və Senatın 35 yeri uğrunda yarış gedir.

Qeyd edək ki, Kapitoli təpəsində (Konqresdə) olduğu müddətdə isə Pelosi uzun müddət İsraili dəstəkləyib, bu ölkəni boykot etmək və ya ona sanksiya tətbiq etmək cəhdlərini pisləyib və hərbi yardımların lehinə səs verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir