Velosipedçini maşın vurub öldürdü

0
1791094646_piyadaqeza

Ucarda ölümlə nəticələnən qəza olub.

Hadisə Bakı-Qazax magistralının rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili velosipedçini vurub.

Ağır xəsarət alan təxminən 45 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir