II Qareginin qardaşı və qardaşı oğlu təqsirli bilindilər

0
1791471953_c8acegusrrk7tftk4o7ktijtcibdxvqswxnq28tg_1200

Bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevork Nersisyan və qardaşı oğlu Ambartsum Nersisyan seçki kampaniyasına mane olmaqda təqsirli biliniblər.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Qərarı bu gün Armavir vilayətinin birinci instansiya məhkəməsinin hakimi Gevork Manukyan elan edib.

Hökm daha sonra çıxarılacaq. Əlavə dinləmələr oktyabrın 15-nə təyin edilib.

Xatırladaq ki, onlar 2025-ci il noyabrın 3-də həbs ediliblər. İstintaqın məlumatına görə, noyabrın 1-də Vaqarşapatın genişləndirilmiş icmasına daxil olan Voskeat kəndində onlar təşviqat materialları paylayan “Respublika” partiyasının nümayəndəsi ilə münaqişəyə girərək onu təhqir ediblər. 2026-cı ilin fevralında onlar ev dustaqlığına buraxılıb, may ayında isə inzibati nəzarətə götürülüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir