Jül Künde “Barselona” tarixində rekorda imza atdı

0
1791704285_download

“Barselona”nın müdafiəçisi Jül Künde klub tarixində ən çox matçda meydana çıxan fransalı futbolçu olub.
27 yaşlı müdafiəçi İspaniya çempionatında “Xetafe” ilə qarşılaşmada “Barselona”nın heyətində 194-cü oyununu keçirib.

“Barselona”nın 3:0 hesablı qələbəsi ilə başa çatan matçda Künde qol vuraraq bu tarixi nailiyyətini qeyd edib. Beləliklə, o, Erik Abidalın rekordunu geridə qoyub.

Künde 2022-ci ilin yayında “Sevilya”dan transfer olunduqdan sonra “Barselona”da çıxış edir. Həmin vaxtdan bəri fransalı futbolçu bütün turnirlərdə 10 qol vurub və 22 məhsuldar ötürmə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir