Marko Rubio: ABŞ husilərin Səudiyyə Ərəbistanına hücumlarını kəskin pisləyir
ABŞ husi terrorçularının Səudiyyə Ərəbistanı Krallığına son hücumlarını, o cümlədən Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına endirilən zərbəni kəskin şəkildə pisləyir.
Bu sözləri ABŞ dövlət katibi Marko Rubio “X” sosial şəbəkə hesabında yazıb.
Dövlət katibi hücum nəticəsində mülki şəxslərin, o cümlədən bir ABŞ vətəndaşının həlak olduğunu bildirib:
“Mənfur hücumlar günahsız mülki şəxslərin həyatına açıq-aşkar hörmətsizliyin göstəricisidir. Bu hücumlar dərhal dayandırılmalıdır. Biz Səudiyyə Ərəbistanı Krallığı və onun xalqının yanındayıq, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk”.