Banklara qoyulan pullar 1 ayda 730 milyon artdı

0
1793087816_230a6ed81e22fb8

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın bank sektorunda yerləşdirilən depozitlərin həcmi 46 mlrd 789,6 mln manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, cari ilin yanvar-avqust ayları ilə müqayisədə 1,6% və ya 736,6 mln manat çoxdur.

Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə isə bu, 5 mlrd 88,7 mln manat və ya 12,2% artım deməkdir.

Sözügedən depozitlərin həcmində 30 mlrd 511,7 mln manat yerli valyutada olan depozitlər, 16 mlrd 277,9 mln manat xarici valyutada olan depozitlərdir.

Manat depozitlərinin həcmində illik müqayisədə 4 mlrd 774,7 mln manat və ya 18,55% artım qeydə alınıb. Xarici valyutada olan depozitlərin həcmində isə 1,9% artım qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir