Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı

0
1793805117_w3zpes1hndkwrvo9kzotan0yc2llufwb1lofo6du_1200

Sosial şəbəkələrdə Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Psixiatriya Xəstəxanasından görüntülər paylaşılıb.

Yayılan kadrlarda xəstəxanada müalicə alan şəxslərin həssas vəziyyətinin əks olunması diqqət çəkib.

Belə ki, xəstələrin görüntülərinin çəkilərək sosial şəbəkələrdə “əyləncə” və ya gülüş mənbəyi kimi təqdim edilməsi narazılığa səbəb olub. Qapalı müəssisədə bu kadrların kim tərəfindən və hansı şəraitdə lentə alınması, eləcə də sosial şəbəkələrdə yayılması birmənalı qarşılanmayıb.

Qeyd edək ki, psixiatriya müəssisəsində müalicə alan şəxslərin şəxsi həyatına və ləyaqətinə hörmətlə yanaşılması, onların görüntülərinin icazəsiz yayılmaması vacibdir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər əvvəlki tarixə aiddir.

“Qeyd olunan məsələ ilə bağlı həmin dövrdə müvafiq araşdırma aparılmış, görüntülərdə əks olunan qanun pozuntularına yol verən və çəkilişi həyata keçirən şəxslərlə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülmüşdür”, – deyə nazirlikdən bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir