Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi etməklə dünyada idman mərkəzi kimi tanınır

0
1793808368_1790931303_1769513287_kemaleddin_heyderov_021

Azərbaycan qlobal idman yarışlarına mükəmməl ev sahibliyi etməklə dünyada güclü bir idman mərkəzi kimi tanınır.

Bu sözləri fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının açılış mərasimi zamanı bildirib.

Nazir deyib ki, Prezident İlham Əliyevin müdrik siyasəti ilə Azərbaycan qısa müddətdə əsl idman ölkəsinə çevrilib:

“Son illərdə ölkədə beynəlxalq standartlara cavab verən müasir idman infrastrukturlarının qurulması, idmanın müxtəlif növlərinin inkişafına göstərilən ali diqqət və qayğı sayəsində idmançılarımız ən mötəbər yarışlarda – dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında yüksək nailiyyətlər qazanaraq üçrəngli bayrağımızı ucaldıblar.

Eyni zamanda, Azərbaycan möhtəşəm qlobal idman yarışlarına mükəmməl ev sahibliyi etməklə dünyada güclü bir idman mərkəzi kimi tanınır. Qarşıdakı yarışlar ədalətli mübarizənin və qarşılıqlı hörmətin parlaq nümunəsinə çevriləcək.

İştirakçılar üçün təcrübə mübadiləsi aparmaq və peşəkar əlaqələri möhkəmləndirmək baxımından mühüm imkanlar yaradacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir