Nəriman bu dəfə U-21-ə də çağırılmadı

0
1794056991_831566027_1084474657702159_8907774929378285940_n__1_

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası noyabrın 9-dan 17-dək Dalğa Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.

 AFFA-nın saytı  xəbər verir ki, hazırlıq prosesi çərçivəsində komandamız Oman U-23 milli komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.

Görüşlər noyabrın 14-də və 17-də baş tutacaq. Bildirilib ki, qarşılaşmaların keçiriləcəyi stadion və başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.

Millimizin heyətinə dəvət alan futbolçuların siyahısını təqdim edirik:

Sadiq Məmmədzadə (“İmişli”), Səlim Həşimov (“Gəncəbasar”), Teymur Həsənov (“Qarabağ”), Ceyhun Bağırzadə (“Şamaxı”), Elgün Dünyamaliyev (“Sabah”), Hüseyn Hüseynov (“Mingəçevir”), Timur Vəliyev (“Master-Saturn”), Məhəmməd Məhəmmədov (“Neftçi”), Həsən Məmmədli (“Rot-Vays Oberhausen”), Mikael Cəbrayılov (“İnter Barselona”), Allahverdi Rəhimov (“Zaqatala”), Elnur Mustafayev (“Mingəçevir”), Yusif Hacıyev (“Zirə”), Qədir Ramazanov (“Qəbələ”), Ceyhun Kəlbəliyev (“Şimal”), Dinamin Bağırov (“Gəncəbasar”), Cuma Hüseynov (“Qəbələ”), Elmar Məmmədov (“Şəfa”), Əli Xəlilov (“Aleksandriya”), Müzəffər Qurbanov (“Dnepr”), İlkin Cəfərli (“Sabah”), Elşən Hidayətov (“Baku Sporting”), Yusif Mehtiyev (“Lokomotiv”), Niyazi Osmanov (“Şimal”).

Qeyd edək ki, Nəriman Axundzadə millinin bundan əvvəlki toplanışında əsas yığmaya yox, formada olmadığı üçün U21-ə dəvət olunmuşdu. Amma onun adı bu dəfə U21 siyahısında da yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir