Prezident Ərdoğanın Azərbaycana səfəri – DETALLAR

0
1794055319_1793033243_1792324330_1791024536_1790518299_erdogan__6_

8 noyabr – Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda işgüzar səfərdə olacaq.

Diplomatik mənbələrdən Ölkə.az-a bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində Azərbaycan Prezidenti ilə görüşəcək və bu görüşdə ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi, İrəvan-Bakı, Ankara-İrəvan münasibətləri, Türk Dövlətləri Təşkilatının daha sıx inteqrasiya prosesi, regionda, xüsusən də Yaxın Şərqdə, Körfəzdə və İran ətrafında baş verən proseslər və onların bölgəyə təsirləri, eyni zamanda regional və qlobal miqyasda baş verən digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Ərdoğanın 8 noyabr – Zəfər Günü ilə bağlı bayram tədbirinə də qatılacağı gözlənilir.

Prezident Ərdoğanı səfərdə bir sıra nazirlər və Türkiyə hökumətinin rəsmiləri müşayiət edəcəklər.

Görüşlərdən sonra Prezident Ərdoğan Ankaraya dönəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir