Bu şəxslər üçün 2 milyon manat ayrıldı
Bu il mayın 29-da Qəbələ, iyunun 20-də isə Qazax və Ağstafa rayonları ərazisində baş verən güclü yağış və dolu nəticəsində ziyan dəyən evlər təmir olunacaq.
Bunun üçün 1 mln. 912 min manat ayrılıb.
Belə ki, sözügedən evlər taxta materialları, eləcə də dam örtüyü ilə təmin olunacaq.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi nəzdində fəaliyyət göstərən Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti tikinti materiallarının alınması üçün “Metal Steel”, “Amal-A” və “Azenerqoservis” MMC-lər ilə razılaşıb.