Azərbaycanlı kriminal avtoritet belə HƏBS EDİLDİ – VİDEO

0
1788935046_6aa0f69eb35e36aa0f69eb35e417889337906aa0f69eb35df6aa0f69eb35e1

Azərbaycanlı kriminal avtoritet Rusiyadan deportasiya olunub.

 61 yaşlı Bəxtiyar Əliyev bu ilin martında Krımın Sevastopol şəhərində  hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onun “oğru aləmi” ideologiyasını bölüşdüyü, ekstremist hesab edilən “AUE” təşkilatının fəaliyyətini təbliğ etdiyi və “qanuni oğrular”la əlaqələr saxladığı iddia olunur. Məlumata görə, avqustun sonunda o, Rusiyaya girişinə qadağa qoyulmaqla Azərbaycana deportasiya edilib.

Bundan əlavə azərbaycanlı avtoritetin saxlanılma görüntüləri də yayılıb. Videoda o, özünü 61 yaşlı Alim Bəxtiyar Xalıq oğlu kimi təqdim edib. O, Azərbaycan vətəndaşı olduğunu və Rusiya pasportunun olmadığını təsdiqləyib.

O, Rostovdan şalvar və köynək alveri edən qardaşının köməyi ilə dolandığını bildirib.

Qardaşının adını da Alim Bəxtiyar Xalıq oğlu kimi göstərib, onun 1967-1968-ci il təvəllüdlü olduğunu deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir