Səudiyyə Ərəbistanı İsraildən yardım istədi: Vəziyyət çox ağırdır

0
1789395569_whatsapp-image-2026-09-14-at-17.25.37

Səudiyyə Ərəbistanı Yəməndə husilərin sürətlə irəliləməsi fonunda İsraildən kəşfiyyat və digər hərbi yardım istəyib.

“Israel Hayom” xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman strateji əhəmiyyətli Bab əl-Məndəb boğazına təhlükə ilə bağlı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) vasitəsilə Tel-Əvivə müraciət edib.

Ər-Riyad Qırmızı dənizdə gəmiçiliyin tamamilə bağlanmasından qorxur. Son günlərdə İranın dəstəklədiyi husilər Yəmənin qərb sahillərində əhəmiyyətli irəliləyişlər əldə edərək Qırmızı dənizlə Ədən körfəzi arasında həyati əhəmiyyətli dəniz keçidi olan Bab əl-Məndəb boğazına çatıblar.

Səudiyyə Ərəbistanının Enerji Nazirliyindən bildirilib ki, gündə təxminən 7 milyon barel ötürmə qabiliyyətinə malik Şərq-Qərb neft kəməri bir sıra dron hücumlarından sonra bağlanıb.
Hörmüz boğazının bağlanmasından sonra Ər-Riyad əsas şərq-qərb neft ixracını Qırmızı dənizdəki Yanbu limanına aparan bu boru kəməri vasitəsilə yönləndirdi.

Husilər həmçinin krallığın cənubundakı Şərura şəhərindəki Səudiyyə Ərəbistanının hərbi bazasına zərbə endirdiklərini açıqlayıblar. Husilərin hərbi sözçüsü general Yəhya Sari əməliyyatın çox sayda ballistik raket və drondan istifadəni əhatə etdiyini bildirib. O, döyüşlərin davam edəcəyi təqdirdə Səudiyyə Ərəbistanının dərinliklərində daha çox zərbə endirəcəkləri ilə hədələyib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir