Mingəçevir şəhəri tanınmış ziyalısını itirdi: Qürbət Məmmədov vəfat edib
Mingəçevir ictimaiyyətinə ağır itki üz verib. Şəhərin tanınmış ziyalılarından biri, uzun illər müxtəlif məsul vəzifələrdə çalışmış Qürbət Ələs oğlu Məmmədov 75 yaşında dünyasını dəyişib.
Mərhumun vəfatı yaxınları və onu tanıyanlar arasında dərin kədər hissi ilə qarşılanıb. Qürbət Məmmədov təkcə zəngin əmək fəaliyyəti ilə deyil, həm də ictimai həyatdakı fəallığı ilə seçilirdi. O, son bir neçə ildir ki, “Üçüncü Bahar” İctimai Birliyinin Mingəçevir “Yaşa” Mərkəzinin ən aktiv üzvlərindən biri kimi fəaliyyət göstərir, cəmiyyətin maariflənməsi və yaşlı nəslin sosial həyata inteqrasiyası üçün səylərini əsirgəmirdi.
Qürbət Məmmədovun xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.
Allah rəhmət eləsin, məkanı cənnət olsun. Mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı veririk.