DÇ-2026: İngiltərə 1/8 final mərhələsinə yüksəlib

0
1782929253_screenshot_19 (1)

Futbol üzrə dünya çempionatında İngiltərə Konqo Demokratik Respublikası millisinə qalib gəlib.

 Atlanta stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar 2:1 hesablı qələbəyə seviniblər.

Görüşdə hesabı Konqo açıb. 7-ci dəqiqədə Brian Sipenqa dəqiq zərbə müəllifi olub. Lakin ikinci hissədə güc toplayan ingilislər 75 və 86-cı dəqiqədələrdə Harri Heynin vurduğu qollar sayəsində qalib gəlib.

Bu qalibiyyət sayəsində İngiltərə seçməsi 1/8 finalda Meksika ilə qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir