Kartdan-karta köçürülmələrə qoyulan limit BU KARTA AİD DEYİL
“Unibank” kartdan-karta köçürülmələrə qoyulan məhdudiyyəti yumşaldıb.
Bank biznes kartlarına köçürülmələrə qoyulan limiti ləğv edib.
Bildirilib ki, gündəlik 5 köçürmə və aylıq 20 min manat limiti biznes kartlarına şamil edilmir.
Qeyd edək ki, Azərbaycanda avqustun 1-dən bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq olunub.
Belə ki, kartlara mədaxil və kartdan karta köçürmələrdə bir gün ərzində maksimum 5 əməliyyat aparmaq mümkündür. Yəni kart sahibi hər gün öz kartı ilə 5 dəfə köçürmə edib, eyni qaydada 5 dəfə ödəniş ala bilər.