UEFA Çempionlar Liqası: “Sabah” ilk oyunda “Hapoel”ə uduzub

0
1787173293_screenshot_20260820_010112_chrome

“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

 Azərbaycan təmsilçisi İsrailin “Hapoel” (Beer-Şeva, İsrail) komandası ilə üz-üzə gəlib.

Rumıniyanın paytaxtı Buxarestdəki “Quleşti” stadionundakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 2:1.

6-cı dəqiqədə “Sabah”ın heyətində Velko Simiç hesabı açıb. İsrail klubunda 43-cü dəqiqədə Ceyvon İst, 79-cu dəqiqədə İqor Zlatanoviç fərqlənib.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir