Zəngəzur dəhlizinə məsul şəxs məzuniyyətə çıxır

0
1787381427_1787381242_00

Ermənistan Baş nazirinin müavini Mher Qriqoryana iki günlük illik məzuniyyət verilib.
Ermənistan hökumətinin məlumatına görə, Baş nazir Nikol Paşinyanın avqustun 21-də imzaladığı qərarla Qriqoryanın sentyabrın 3-4-də iki iş günü müddətində məzuniyyətdə olması təsdiqlənib.

Qeyd edək ki, Mher Qriqoryan Ermənistan-Azərbaycan münasibətləri, o cümlədən regionda kommunikasiyaların açılması və Zəngəzur dəhlizi ilə bağlı proseslərdə əsas məsul şəxslərdən biridir. Ermənistan tərəfi onun rəhbərliyi ilə Azərbaycanla kommunikasiyaların açılması istiqamətində müxtəlif müzakirələr aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir