Azərbaycanın məşhur diktoru 103 yaşında VƏFAT ETDİ

0
1788371430_1787981843_1753079365_1717086595_vefat-etdi-2-1

Azərbaycan Respublikası əməkdar artisti Züleyxa Hacıyeva103 yaşında vəfat edib.

 Züleyxa Hacıyeva 25 avqust 1923-cü ildə Bakı şəhərində dünyaya göz açıb.

Azərbaycan Sənaye İnstitutunu bitirən Züleyxa Hacıyeva müxtəlif vəzifələrdə çalışıb. O həm də XX əsrdə Azərbaycanın 10 ən görkəmli idmançılarından biri kimi tarixə düşüb. Züleyxa Hacıyeva gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu (1941-48) olub. 2002-cildən etibarən Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü olub.

Züleyxa Hacıyeva 1952-1955-ciillərdə Bakı Şəhər Bədən Tərbiyəsi və İdman Komitəsində sədr müavini  işləyib, 1942-1992-ci illərdə Azərbaycan radiosunun diktoru olub. Azərbaycan radiosunda bir çox verilişlərin (Səhər gimnastikası, “Poeziya dəqiqələri”, “Axşamınız xeyir” və s.), aparıcısı olub.

Allah rəhmət eləsin!

Züleyxa Hacıyevanın 101 yaşı tamam oldu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir