Dəhşətli daşqının miqyasını əks etdirən PEYK GÖRÜNTÜLƏRİ

0
1788367059_1788153543_media-1788007188_1787770435-1787768185-nepalllll-kme1yx

“Roskosmos” Nepalda baş verən dağıdıcı daşqının miqyasını əks etdirən peyk təsvirlərini nümayiş etdirib.

 şirkət müvafiq fotoları “Telegram” kanalı vasitəsilə paylaşıb.

Məlumata görə, kadralar “Resurs-P” peyki tərəfindən təxminən 500 kilometr hündürlükdən — Nepalın Trisuli çayı ərazisindən lentə alınıb. İyulun 9-da və avqustun 28-də çəkilmiş müqayisəli fotolarda çayın öz məcrasından çıxaraq ətraf əraziləri tamamilə su altında qoyduğu aydın görünür.

Təbii fəlakət avqustun 26-da Lanqtanq Lirunq dağındakı buzlağın qismən uçması nəticəsində meydana gəlib. Dağdan qopan nəhəng buz kütləsi Lhende Xola çayının dərəsinə tökülərək suyun qarşısını kəsib. Yarana güclü sel suları həm Nepalda, həm də Çinin Tibet Muxtar Bölgəsində kütləvi dağıntılara yol açıb.

Son məlumatlara əsasən, daşqınlar nəticəsində Nepalda 1100-dən çox insan həyatını itirib. 4000-dən çox şəxsin itkin düşdüyü bildirilir. Hazırda fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir