Goranboyda 14 yaşlı qız sirkə turşusundan zəhərlənib
Goranboyda 14 yaşlı qız sirkə turşusundan zəhərlənib.
Hadisə rayonun Balakürd kəndində baş verib.
2012-ci il təvəllüdlü F. Kazımova zəhərlənmə diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir.
İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Faktla bağlı araşdırma başlanılıb.