Azərbaycan iqtisadiyyatı böyüyüb
2026-cı ilin yanvar – avqust aylarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 87 709,5 mln manat təşkil edib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2% artım deməkdir.
Belə ki, neft-qaz ÜDM-də (26 181,9 mln manat) 0,8% azalma, qeyri-neft-qaz ÜDM-də (61 527,6 mln manat) 2,1% artım müşahidə olunub.
Real sektorda sənaye məhsulu 44 620,3 mln manat, kənd təsərrüfatı məhsulu 10 057,4 mln manat, nəqliyyat və anbar təsərrüfatı xidmətləri 10 931,9 mln manat, informasiya və rabitə xidmətləri 2 748,1 mln manat, pərakəndə ticarət dövriyyəsi 44 256,1 mln manat, əsas kapitala investisiyalar 12 677,8 mln manat təşkil edib.