Bu əlamətlər varsa həkimə MÜRACİƏT EDİNBu əlamətlər varsa həkimə MÜRACİƏT EDİN

0
1789487946_c0d17fbb7c4a89fea06512541a53b7e5

Limfoma zamanı boyun, qoltuqaltı və qasıq nahiyəsində ağrısız şişkinlik, səbəbsiz çəki itkisi və gecə tərləmələri müşahidə oluna bilər.

Bu barədə TƏBİB sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd olunub ki, limfoma orqanizmin müdafiəsində mühüm rol oynayan limfa sistemində yaranan bədxassəli xəstəlikdir.

Xəstəliyin mümkün əlamətləri sırasında davamlı hərarət və halsızlıq da yer alır. Lakin bu simptomların hər zaman limfoma anlamına gəlmədiyi vurğulanıb.

TƏBİB şikayətlər davamlı olduğu halda həkimə müraciət etməyi və müayinədən keçməyi tövsiyə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir