Britaniyada hərbi təyyarə qəzaya uğrayıb – VİDEO

0
1790177721_screenshot_4

Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus “Hawk T2” hərbi təyyarəsi Uelsin Anqlsi adasındakı “RAF Valley” bazasından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Hadisə şahidləri hər iki heyət üzvünün təyyarə yerə çırpılmazdan əvvəl katapult etdiyini bildiriblər.

Qəza yerində təcili tibbi yardım və yanğınsöndürmə briqadaları, eləcə də polis əməkdaşları çalışırlar. Əraziyə hava təcili yardım helikopterləri də cəlb olunub.

Böyük Britaniyanın Müdafiə Nazirliyi insidentdən xəbərdar olduğunu təsdiqləyib və qəzaya uğrayan hava gəmisinin “Hawk” modelli təyyarə olduğunu bildirib.

Qeyd edək ki, “RAF Valley” bazası qırıcı pilotların hazırlanması üçün istifadə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir